Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kreml Lukasenkonu devirmeye hazirlasir – Friz

10 views26/11/2016

11:56

– xeber –
Rusiya Belarus Prezidenti Aleksandr Lukaşenkonu devirməyə hazırlaşır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində ukraynalı deputat İrina Friz paylaşıb. Onun sözlərinə görə, son günlər Müdafiə Nazirliyinin idarə etdiyi Rusiya televiziyalarında Ukraynanın Belarusda kütləvi provokasiyaları haqqında süjetlər yayımlanır:
“Süjetlərdə Ukrayna kəşfiyyatının hazırladığı diversantların Belarusda dövlət çevrilişi edəcəyi deyilir. Bu, tamamilə doğrudur. Xüsusi əməliyyatın yekun hədəfi Lukaşenkonun devrilməsidir, amma bunu Ukrayna kəşfiyyatı yox, Rusiya xüsusi xidmət orqanları edəcək. Bundan sonra ölkə tam olaraq Kremlin nəzarətinə keçəcək. Artıq Rusiya Müdafiə Nazirliyi Belarusa dəmiryolu daşımalarının 500% artırılması ilə bağlı plan hazırlayıb, amma indiyə qədər bunu niyə etdiyini Minskə açıqlamır”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler