Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kral ikinci Nimri de edam edir

25 views12/03/2016

11:16

13:09 – xeber – Səudiyyə Ərəbistanında şiə alimi Şeyx Nimr Baqir ən-Nimrin edamından sonra alimin qardaşı oğlu Əli ən-Nimrin də edam ediləcəyi barədə xəbərlər yayılıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ”Ukkaz” qəzetinin məlumatına görə, bu barədə Əli ən-Nimrin atası Məhəmməd ən-Nimr məlumat verib.
 
Onun sözlərinə görə, oğlu ilə bərabər daha 3 nəfər yaxın bir neçə gündə edam ediləcək.
 
Qeyd edək ki, Əli ən-Nimr 2012-ci ildə rejim əleyhinə mitinqlərdə iştirak etmək ittihamı ilə həbs olunmuşdu. Həbs olunarkən onun 17 yaşı var idi. 2014-cü ildə məhkəmənin qərarı ilə edam cəzasına məhkum edilib.
 
Xatırladaq ki, şiə alimi Ayətullah Nimr Baqir ən-Nimrin edamı İran ilə Səudiyyə Ərəbistanı arasında böyük siyasi gərginliyə səbəb olub.
 
Tanınmış şiə din xadimlərindən olan Nimr Ərəbistanda etiraz aksiyaları təşkil etmək, insanları etiraza təhrik etmək, ölkənin əmin-amanlığını pozmaq kimi maddələrlə saxlanılmışdı.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler