Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kolumbiyada daha bir teyyare qezaya ugradi

14 views30/11/2016

20:52

– xeber –
Kolumbiyada “Cessna” karqo təyyarəsi qəzaya uğrayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, hadisə yerinə gedən yanğınsöndürən maşın isə mikroavtobusla toqquşub. Hər iki qəza zamanı 10 nəfər yaralanıb.
Təyyarə Villavikenkio bölgəsində kənd evlərindən birinin damına düşüb. Təyyarədə olan 3 nəfər yaralı olaraq xilas edilib. Mikroavtobusda olan 7 nəfər də yaralanıb.
Hər iki qəzanın yaralıları şəhər mərkəzindəki xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bir neçə gün öncə də Braziliyanın “Şapekoense” futbol klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyada, Medellin şəhərinə yaxınlaşarkən qəzaya uğramış, təyyarədə olan 81 sərnişindən 76-sı dünyasını dəyişmişdi. Yaralılardan biri ötən gün xəstəxanada həyatını itirib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler