Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Kitayski yumurta” iddiasina “Araz”dan cavab

20 views26/11/2016

10:44

– xeber –
Araz Supermarketlər Şəbəkəsində satılan kənd təsərrüfatı məhsullarının əksəriyyəti yerli istehsalçılardan tədarük olunur və bu məhsulların daim təzə, ekoloji cəhətdən təmiz olmasına diqqət edilir.
“Veysəloğlu” şirkətindən Axar.az-a verilən məlumata görə, Feysbuk sosial şəbəkəsində Təranə Musayeva adlı istifadəçi şəxsi profilində Araz Supermarketlər Şəbəkəsindən aldığı yumurtanın süni olduğunu iddia edərək video və foto görüntü yayıb. Bəzi media orqanlarında Təranə Musayeva ATV kanalının əməkdaşı kimi təqdim olunub, ancaq ATV rəsmi açıqlamasında belə bir əməkdaşının olmadığını bildirib.
Yayılan şikayətlə bağlı Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsi dərhal operativ reydlər və araşdırma aparıb, supermarketlərdən götürülən nümunələr yoxlanılıb. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmayıb. Bununla bağlı müştəri ilə əlaqə saxlanılaraq aidiyyəti qurumlara təqdim olunması üçün nümunə istənilib, lakin müştəri nümunə verməyəcəyini bildirib. Eyni zamanda müştəri yumurtanı 10 gün əvvəl aldığını və hələ də qablaşdırmada olduğu kimi qaldığını söyləyib.
Videogörüntüdə isə süni olduğu iddia olunan yumurtada normal yumurtadakı kimi rüşeyim olduğu görünür. Bu da bir daha iddianın əsassız olmasını sübut edir.
Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsində istehlakçılara təqdim olunan bütün kənd təsərrüfatı məhsulları dövlət orqanlarının müvafiq labaratoriyalarında yoxlandıqdan sonra alıcılara təqdim olunur. Bundan başqa istehsalçılardan tədarük edilən hər bir məhsulun uyğunluq sertifikatı və ya aidiyyəti dövlət orqanlarının icazə sənədi tələb olunur. Araz Supermarketlər Şəbəkəsində satılan bütün yumurtalar yerli istehsaldır və bu yumurtalar əsasən Giləzi Quşçuluq MMC-dən, qismən də Hacıqabul Quşçuluq MMC-dən alınır. Alınan bütün məhsulların Milli Sertifikatlaşdırma Mərkəzinin uyğunluq sertifikatı və Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən alınmış gigiyenik sertifikatı vardır.
Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsindən verilən məlumata görə, marketdə satılan yumurtalar hər gün müəyyən qədər paketlənərək vitrinlərə yığılır. Bu prosesə supermarketin kənd təsərrüfatı şöbəsi nəzarət edir. Müştərilər aldıqları yumurta paketlərini soyuducuda streçlənmiş şəkildə deyil, açıq şəkildə saxlamalıdırlar. Çünki streçlə paketlənmiş yumurta iki gün ərzində keyfiyyətini itirə bilər. Bu zaman həmin yumurtalarda bərkimə prosesi gedir. Buna görə də müştərilərimizə tövsiyə edirik ki, bu kimi halların yaşanmaması üçün məhsulların saxlanma qaydasına diqqət etsinlər.
Araz Supermarketlər Şəbəkəsinin bütün müştərilərindən xahiş edik ki, bu və ya digər hallarla rastlaşdıqda qaynar xəttimizə – 012 924 zəng edərək məlumat versinlər. Araz Supermarketlər Şəbəkəsi sosial şəbəkə olan Feysbukda da hər zaman vətəndaşların xidmətindədir, onları maraqlandıran bütün sualları cavablandırmağa hazırdır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler