Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kiraye menzillerin qiymeti niye keskin ucuzlasib? – Video

23 views27/02/2016

20:40

22:37 – xeber – Ölkənin mənzil və torpaq bazarında durğunluq kirayə bazarına da təsirsiz ötüşməyib. Ötən illə müqayisədə dollarla ifadədə ümumi mənzil bazarında qiymətlər 3,4%, manatla ifadədə isə 9,82% azalıb.  Kirayə mənzil bazarında isə bu azalmalar hər ay demək olar ki, davam edir.
 
Bu aşıqlamanı APA-ya "MBA Consulting Group"un baş direktoru Nüsrət İbrahimov verib.
 
Onun sözlərinə görə, hazırda kirayə mənzil, həmçinin obyektlərin icarəsi bazarında struktur dəyişiklikləri müşahidə edilməkdədir. Əgər əvvəllər iş adamları bahalı, geniş villaları, fərdi yaşayış evləri və yaxud da çoxmənzilli yaşayış binalarında çox otaqlı mənzilləri kirayələyirdilərsə, son iki ildə daha çox kompakt mənzillərə üstünlük verirlər.
 
"Otaqların sayı bir və iki, çox az hallarda üç otaqlı mənzillərə üstünlük verirlər. Əvvəllər əgər 4-5 otaqlı mənzillərə üstünlük verirdilərsə, hazırda bu belə deyil. Bundan başqa villalara , iri həcmli yaşayış evlərinə üstünlük verən iş adamları belə bu gün artıq həmin yerləri tərk edirlər. Onlar da  çoxmənzilli binalarda az otaqlı mənzilləri kirayələyirlər. Təbii ki, bu da bir neçə şərtlə bağlıdır. Bilirsiniz ki, Bakıda müxtəlif layihələri həyata keçirən iri şirkətlər artıq öz işlərini başa çatdırdığından ölkəni tərk ediblər. Eyni zamanda dünyada yaşanan iqtisadi böhranının Azərbaycandan da yan keçməməsi kirayə mənzil bazarına da təsir edib. Kirayə mənzil bazarında son bir ildə durğunluq müşahidə edilməkdədir. Qiymətlərin ucuzlaşması davam edir".
 
Nüsrət İbrahimov deyir ki, bazarda mənzillərin kirayə qiymətlərinin düşməsi xüsusən şəhər mərkəzində olan evlərdə daha çox hiss edilir. Bu ucuzlaşma təxminən 20-35% arasında dəyişir. Məsələn, əvvəllər mərkəzdə 1300 manata təklif edilən evlər hazırda 800-850 manata, 800 manata verilən evlər isə hazırda 500-550 manata təklif edilir. Ancaq ikinci zona sayılan, mərkəzdən kənar sayılan bu qiymət fərqi o qədər də hiss edilmir. Çünki həmin ərazilərdəki mənzillərin qiymətləri əvvəllər də baha olmayıb.
 
"Əksər iş adamları şəhərin mərkəzi hissəsində mənzil kirayəsinə üstünlük verirdilər. Şəhərin mərkəzi hissəsi boşaldığından mərkəzdə qiymət azalması daha çoxdur. Dollarla müqayisədə 60 faiz ucuzlaşma var. Manatla ifadədə isə bu rəqəm 15-20 faiz təşkil edir. Şəhərin nisbətən kənar hissələri üçün isə qiymətlər stabildir. Çünki bu ərazinin kirayədarları stabil tələb portfelinə malikdirlər. Yəni əsasən tələbələr və regiondan paytaxta işləməyə gələnlərdir. Onlar əsasən metro ətrafında və yaxud təhsil ocaqlarına yaxın bir-iki otaqlı mənzillərdə, eyni zamanda həyət evlərində qalmağa daha çox  üstünlük verirlər".
 
Ekspert onu da əlavə edib ki, gələcəkdə yeni metro stansiyalarının inşası həmin ərazilərdə olan evlərin qiymətinə də öz təsirini göstərəcək.
 
Həmsöhbətimiz Mirsahib Abbasov 15 ildir Bakıda mənzillərin alqı-satqısı və kirayə verilməsi ilə məşğuldur. Onun sözlərinə görə, son il yarımdır kirayə bazarında durğunluq hökm sürür. Bunun səbəbi əhalinin gəlirlərinin azalması və hazırda şəhərdə iş adamlarının sayının az olmasını olmasıdır.
 
"Məsələn, "Elmlər Akademiyası" metro stansiyası ətrafında və ümumiyyətlə Yasamal rayonunda bir otaqlı mənzilin kirayəsi 300 manat , iki otaqlı mənzilin kirayəsi 400 manat, üç otaqlı mənzilin kirayəsi isə 450-500 manatdır. Amma demək olar ki, bazarda sakitlikdir.  Mİkrorayonlarda isə 1 otaqlı mənzillərin kirayəsi 150-200 manat, iki otaqlılar isə 250-300 manatdır. Nərimanov rayonunda kirayə evlərin qiyməti Yasamal rayonu ilə həmişə eyni olub. Orada da birotaqlı mənzillər 300 manata təklif olunur, amma bəzən evin layihəsi də qiymətə təsir edir. "Xruşşov" layihəli evlərin qiymətləri "Stalinka"larla müqayisədə bir az aşağıdır. Məsələn, "Xuruşov" layihəli binada 1 otaqlı mənzilin kirayəsi 300 manatdırsa , "Stalinka"da bu qiymət 350 manatdır. Söhbət tam təminatlı mənzillərdən gedir. Boş mənzillər isə 200-250 manata təklif olunur. Yeni tikililərin bir otağının kirayə qiyməti isə 350-400 manat arasında dəyişir".
 
Paytaxtın mərkəzi rayonlarına gəlincə….
 
"Mərkəzdə bir otaqlı ev 400 manatdan aşağı olmur. Həmin ərazilərdə çoxotaqlı evlər isə bahadır. Səbail rayonu ərazisində 2 otaqlı evin kirayə haqqının 500 manatdan aşağı olması mümkün deyil. Əvvəl isə qiymət bundan yüksək olub. Ev bazarı zəifləyəndə bir balaca fərq var. Nərimanov, Nəsimi, Yasamal rayonlarında kirayə haqları nisbətən ucuzdur. "Montin"də qiymət cüzi fərqlənir".
 
Ekspertlər hesab edir ki, rayonlardan Bakıya işləməyə gələn insanların bir çoxu artıq ixtisar və s. səbəblərdən işlərini itiriblər, nəticədə geri qayıtmalı olublar. Onların kirayələdiyi mənzillərin boşaldılması nəticəsində, kirayə bazarı üzrə təklif portfelinin həcmi müəyyən qədər artıb.  Bu isə hələlik qiymətlərə əsaslı şəkildə təsir göstərmir. Bu proses davamlı olaraq baş verərsə, yəqin ki, qarşıdakı dövrlərdə biz kirayə mənzil bazarında da qiymət azalmasının şahidi olacağıq. Çünki kirayə mənzil bazarında bir qayda olaraq, qiymət dəyişməsi iyun-sentyabr aylarında baş verir. Bu dövr yaxınlaşdıqca, yəqin ki, kirayə mənzil bazarında yenə də qiymət azalması müşahidə olunacaq.
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler