Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Kim Zeyneb Xanlarovaya zeng ede biler ki?"

38 views19/02/2016

21:24

19 Fevral 2016 23:21 – xeber –
Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayeva solo konsertə hazırlaşır.
Olkem.az xeber verir ki, konsert hazırlıqları ilə bağlı aznews.az-a danışan sənətçinin sözlərinə görə, əlavə qonaqları da ola bilər: "Konsertdə tam fərqli repertuar olacaq. Repertuarda Xalq artisti Zeynəb Xanlarovanın mahnıları, aşıq mahnıları, muğam dəstgahı, türk klassikası, mərhum sənətkar Hacıbaba Hüseynovun mahnılarından səslənəcək. Ola bilsin ki, qonaqlar da olsun, amma onların kimliyindən xəbərsizəm. Bəlkə Zeynəb xanım bu dəfə də konsertə gələr, hələ ki bilmirik". 
"Z.Xanlarovanın repertuarına müraciət edərkən özündən icazə almısınızmı" sualına isə E.Abdullayeva belə cavab verib: "Biz Zeynəb xanımın musiqiləriylə böyümüşük. Həmin mahnılara müraciət etdiyimə görə, Zeynəb xanımdan icazə almadım. Zeynəb xanımın mahnıları sənətdir, bu üzdən onu oxumağı özümə borc bildim. Kim Zeynəb xanıma zəng edib ondan icazə ala bilər? Mən onun telefonuna necə zəng edə bilərəm, imkansızdır".

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler