Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kim deyir ki, muharibe olmayacaq? – Millet vekili

18 views21/04/2017

21:00


[r32]
– xeber –
Prezident İlham Əliyevin düşmənə qarşı hücum siyasəti yeritməsi yeni müdafiə nazirinin təyin olunması ilə daha ciddiləşdi.
Bunu Şərq.az-a Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ön xətdə yerləşən birləşmə komandirlərinə hər an aktiv döyüşlərə hazır olmaq haqqında tapşırıqlar verməsini dəyərləndirən millət vəkili Tahir Kərimli deyib.
O bildirib ki, ölkə başçısı tək hərbi deyil, informasiya, psixoloji, diplomatiya, ideoloji və s. sahələrdə hücum siyasəti yeridilməsi haqqında tapşırıqlarını hər zaman ifadə edib:
"Hərbi nazir gələndən onun aktiv addımlarını müşahidə edirik. Hərbi komandanlığın cəbhə bölgəsinə səfərlərini, müşavirələrini görürük. Həmişə ordunu müharibəyə hazır vəziyyətə gətirmək tələb olunur. Orduda heç vaxt sayıqlığı itirmək olmaz. Müharibə olmayacağı barədə fikir yaratmaq düzgün deyil. Başqa dövlətlərdə də bu siyasət yeridilir. Azərbaycanda xüsusilə, hücum siyasətinin aktuallaşdırılması ermənilərin bir çox həyasızlığına cavabdır. Gizləmək lazım deyil ki, Azərbaycan tərəfi hərbi təlimlərə başlayan kimi ermənilərin və onların dostu Rusiyanın da belə hərbi təlimlərə başladığını gördük. Qarabağdan uzaqda, Xəzər dənizi bölgəsində də hərbi aktivlik müşahidə olunur. Bunlar cavabsız qalmalı deyil. Bu, Ermənistan nazirlərinin bəyanatlarına, Serj Sarkisyanın hədə-qorxu gəlməsinə, erməni generalın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri seçilməyinə Azərbaycan tərəfinin cavabıdır. Dövlətimiz heç vaxt torpaqlarını azad etməkdə kimsədən çəkinməyəcək. Nə Donald Trampın prezident seçilməsi, nə Rusiyanın tədbirləri Azərbaycanı fikrindən daşındırmayacaq. Nazir ordunu sayıq olmağa çağırır. Sözsüz ki, ordu ali baş komandanın müharibə əmrinə müntəzir vəziyyətə gəlir. Azərbaycan tərəfinin hər zaman döyüşlərə hazırlıq əhval-ruhiyyəsini, ruh yüksəkliyini saxlamaq bəyənilən addımdır”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan Müdafiə naziri general-polkovnik Zakir Həsənov hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler