Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kerbelada 3 azerbaycanli zevvar oldu

11 views29/11/2016

09:16

– xeber –
Bu il Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan 3 nəfər dünyasını dəyişib.
Bu barədə Report-a ziyarətdən qayıdan zəvvarlar məlumat verib.
Onların sözlərinə görə, gənc zəvvarlardan biri Kərbəla şəhərində yaranmış izdiham zamanı ayaq altında qalaraq dünyasını dəyişib. Daha iki zəvvar isə ayrı-ayrı vaxtlarda vəfat edib.
Bundan başqa, azərbaycanlı zəvvarların olduğu avtobuslardan biri qəza təhlükəsi ilə üzləşib. Qarşıdan gələn minik avtomobillərindən biri avtobusun yoluna çıxıb. Lakin sürücünün peşəkarlığı səbəbindən qəza təhlükəsi sovuşub. Xoşbəxtlikdən hadisə zamanı ağır xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları gəlib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler