Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Kepez” “Neftci”ye, AZAL “Sumqayit”a qarsi

10 views27/11/2016

10:16

– xeber –
Bu gün Topaz Premyer Liqasında 13-cü tura start veriləcək.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma oynanılacaq.

“Kəpəz” öz meydanında “Neftçi”ni qəbul edəcək. Uzun illər ölkə futbolunda söz sahibi olan komandaların hazırkı durumları ürəkaçan deyil. Təsadüfi deyil ki, “Kəpəz” hazırda turnir cədvəlində 2, “Neftçi” isə yalnız 1 komandanı qabaqlayır.

Görüş hər iki komanda üçün mühüm əhəmiyyət daşıyır. Son turlar uğursuzluqla üzləşən “Kəpəz” qələbə qazanmaqla vəziyyətini bir qədər yaxşılaşdırmağa çalışacaq.

Günün digər oyunu isə “AZAL Arena”da keçiriləcək. Ötən tur “Neftçi”ni məğlub edən Samir Abasovun komandası bu gün qələbə qazanacağı halda, turnir cədvəlində dördüncü pilləyə yüksələcək.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler