Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kemaleddin Heyderov Mahmud Vaezi ile gorusdu

8 views30/11/2016

13:20

– xeber –
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu gün Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
FHN-dən Axar.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən, İranın uyğun qurumları ilə bu sahədə əməkdaşlıq əlaqələrindən danışıb və gələcək münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Mahmud Vaezi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək qarşılıqlı faydalı əməkdaşlığın demək olar ki, bütün sahələri əhatə etdiyini bildirib. O, Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik ifadə edib.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdən sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler