Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kemaleddin Heyderov iranli generalla gorusdu

24 views11/03/2016

13:12

15:04 – xeber – Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir K.Heydərov iki yaxın qonşu və dost ölkə arasındakı mövcud əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb.
 
Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir rəhbərlik etdiyi nazirliyin İranın müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini ifadə edib.
 
Qasım Rzayi hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafının əhəmiyyətindən danışıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler