Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kecmis xarici isler naziri ve daha 3 nefer AKP-den xaric edilir

22 views06/01/2016

20:40

6 Yanvar 2016 22:37 – xeber –
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyadan xaric edilmək üçün Nizam-İntizam Komissiyasına təqdim edilən 4 partiya üzvünün adını açıqlayıb. 
APA-nın "Milliyet"-ə istinadən verdiyi məlumata görə, aralarında Ədalət və İnkişaf Partiyasının qurucu üzvlərindən sabiq xarici işlər naziri Yaşar Yakışın da olduğu siyahıda Adana Ceyhan Bələdiyyə sədri Ələmdar Öztürk, Ankara Ayaş Bələdiyyə sədri Bulent Taşan, Kahramanmaraş Əlbistan Bələdiyyə sədri Durmuş Kiçiyin adları var.  
 
Ömər Çeliyin sözlərinə  görə, Yaşar Yakış qeyri-qanuni yayımlanan mətbuat orqanlarına reallıqdan kənar, böhtan təhqir, alçaltma kimi açıqlamalar və bəyanatlar verərək partiya əleyhinə fəaliyyət aparıb.
 
Siyahıdakı digər partiya üzvlərindən Ələmdar Öztürk həyat yoldaşına bələdiyyə sədri müavini vəzifəsi verməklə partiyanın nizamnaməsinə zidd fəaliyyətdə, Durmuş Kiçik seçki proqramına qəsdən qatılmayaraq partiyaya zərər vurmaqda, Bülent Taşan isə ümumilikdə AKP-yə zidd fəaliyyətdə günahlandırılır.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler