Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kastro ozunu qurban verdi – Kosacev

8 views27/11/2016

07:00

– xeber –
Fidel Kastronun ölümü Kuba xalqı, eləcə də bütün insanlıq üçün itkidir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev deyib.
“Onun ölümü Kuba xalqı, eləcə də bütün insanlıq üçün itkidir. O, mübaliğəsiz olaraq dünyanın ən böyük insanlarından biri idi və həqiqətən də dünya tarixinin gedişinə təsir edirdi”, – komitə sədri deyib.
Kosaçevin sözlərinə görə, Kastro əbədi olaraq insanlıq tarixinə həkk olunacaq:
“O öz həyatını vətəninə, millətinə və ideyalarına xidmət etmək üçün qurban verdi. Mərdlik, dürüstlük və iradə – bunlar Fidelin xarakterinin əsas faktoru idi”.
Qeyd edək ki, Kuba inqilabının lideri Fidel Kastro dünən 90 yaşında vəfat edib. Onun vəfatı haqda qardaşı Raul Kastro dövlət televiziyası ilə məlumat verib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler