Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kastro defn olunmayacaq – Qardasi danisdi

11 views26/11/2016

09:12

– xeber –
Fidel Kastronun meyiti yandırılacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu dövlət televiziyasında çıxışı zamanı Kuba lideri Raul Kastro söyləyib. Onun sözlərinə görə, meyitin yandırılması Fidel Kastronun vəsiyyəti olub.
Qeyd edək ki, Fidel Kastro bu gün 90 yaşında vəfat edib.
Kastro 1959-cu ildə Kubada baş verən inqilaba rəhbərlik edib. 47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib. Kastro Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planlarından ehtiyat edərək şəxsi həyatı barədə bütün məlumatları məxfi saxlamaq əmri verib. Ancaq MKİ-nin hazırladığı məxfi hesabatda deyilirdi ki, Kastro sağalmaz Parkinson xəstəliyinə tutulub və yaxın dörd ildə öləcək. Diktatorun şəxsi həkimi isə onun 140 il yaşaya biləcəyini deyirdi.
2008-ci ildə hakimiyyətdən uzaqlaşan Kastronun səlahiyyətlərini qardaşı Raul Kastro icra edir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler