Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kamal Abdulla prezidentin tebrikini oxudu – Konfrans

5 views07/11/2016

10:16

12:13 – xeber – Noyabrın 7-də paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşıb.
 
Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir.
 
Əvvəlcə konfrans iştirakçıları Musiqili Teatrın foyesində ötən illərdəki beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi ilə tanış olublar.
 
Musiqili Teatrın səhnəsində balet ustalarının təqdim etdikləri performans, incəsənət ustalarının ifa etdikləri klassik musiqi nömrələri, eləcə də nümayiş olunan videomateriallar Azərbaycan teatrının şanlı keçmişinə, müasir inkişafına baxışın musiqili-ədəbi xülasəsi idi. Bütün bunlar deməyə əsas verir ki, həmişə olduğu kimi bu dəfə də Bakı növbəti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək.
 
Təzadlarla dolu müasir dünyamız, konfransdan əvvəl bədii proqramda təqdim edilən Hamletin “Olum, ya ölüm” monoloqunda olduğu kimi sual qarşısındadır desək, bəlkə də yanılmarıq. Lakin belə bir mühitdə Azərbaycanın dünya ölkələrinə örnək olacaq multikultural ənənələri gələcəyə nikbin baxmağa əsas verir.
 
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətini oxuyub.
 
Bütün qonaqları salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açıb. Bildirib ki, konfransın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının müzakirə edilməsi üçün platforma yaratmaqdır. Belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. Bu gün Azərbaycan həm də tolerantlıq və multikultural ənənələri ilə tanınan ölkədir. Respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri öz ana dillərində danışır və mədəniyyətlərini inkişaf etdirirlər. “Multikulturalizm ili” teatr səhnəsinin təcəssümündə də öz əksini tapıb.
 
Nazir deyib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. “O vaxtdan düz 144 il keçir. Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişir, bədii axtarışları, yaradıcılıq yönümü kamilləşir. Milli teatr sənətinin təkamülündə müstəsna xidmətləri olan görkəmli sənət fədailəri – aktyor və rejissor nəsli yetişir, repertuar siyasəti formalaşır. Beləliklə də teatr Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməyə başlayır. Azərbaycan dövlətinin teatr sənətinə xüsusi qayğı və diqqəti nəticəsində çox keçmədən yeni təsisatlar meydana gəlir, fərqli janr istiqamətinə malik olan səhnə ocaqları yaradılır”, – nazir vurğulayıb.
 
Konfransın əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, tədbirdə Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunur.
 
Konfransın işinə uğurlar arzulayan Əbülfəs Qarayev deyib ki, ənənəyə çevrilmiş Bakı Beynəlxalq Teatr Konfransı öz ətrafında, sözün əsl mənasında, teatrsevərləri bir araya gətirən səmərəli teatr forumuna çevriləcəkdir.
 
Konfrans işini plenar iclaslarla davam etdirib.
 
IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də başa çatacaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler