Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kadirov Seudiyyeden uzr istedi

11 views29/11/2016

15:40

– xeber –
Səudiyyə Ərəbistanının vəliəhdinin müavini və ölkənin Müdafiə naziri Məhəmməd İbn Salman ötən bazar günü Çeçenistan rəhbəri Ramzan Kadırovu qəbul edib.
Avropa.info xəbər verir ki, görüş zamanı iki ölkə arasında əlaqələrin genişlənməsi və bir sıra yeni layihələrin həyata keçirilməsi müzakirə olunub.
Səudiyyə Ərəbistanının Səbəq qəzetinin yaydığı məlumata görə isə Kadırov Qroznı Konfransı ilə bağlı Məhəmməd ibn Salmandan üzr istəyərək ortada bir yanlış anlaşılma olduğunu və sələfiliyin əhli sünnətin əsas hissəsini təşkil etdiyini deyib.
Xatırladaq ki, Çeçenistanın paytaxtı Qroznıda Ramzan Kadırovun rəhbərliyi ilə “Əhli Sünnət kimdir?” başlığı ilə bu ilin avqust ayının 25-dən 27-ə kimi konfrans keçirilmişdi. Həmin konfransda Səudiyyə Ərəbistanının alimləri və Ümumdünya İslam Alimləri birliyi şiddətli tənqidə məruz qalmışdı.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler