Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kadirov: “Hec vaxt rus esgeri oldurmemisem”

15 views28/11/2016

13:48

– xeber –
Mən heç vaxt, heç yerdə zarafatla belə olsa, rus əsgərlərini öldürdüyümü deməmişəm.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Çeçenistan lideri Ramzan Kadırov söyləyib. Onun sözlərinə görə, rus əsgərlərini öldürməyimlə bağlı ifadə qəsdən sosial şəbəkələrdə təbliğ edilir:
“Bu sözləri tirajlayanlar yaxşı bilirlər ki, bu yalandır. Birinci Çeçen müharibəsi zamanı belə, mən əlimdə silah xalqımın yanında idim. O zaman axmaq körpə idim, amma həmişə atamın yanında olurdum. O zaman hətta indiki Kənd Təsərrüfatı naziri Musa Dadayev bizim yaxaladığımız əsirləri Rusiyaya verdi. O deyirdi ki, biz vəhşi deyilik. Onlara insan kimi yanaşın. Qoy gedib evlərinə ana və qadınlarına çeçenlərin öz torpaqlarını qoruduqlarını desinlər.
Əlbəttə, deyə bilərsiniz ki, Kadırov həqiqəti deməkdən qorxur. Əgər olduğu kimi danışmıramsa, lənətə gəlim. Mən heç nəyi gizlətmirəm. Təkrar edirəm, mən atamın yanında gəzirdim. O, müfti kimi xeyli insanın həyatını xilas etmişdi”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler