Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İtalyan jurnalist olkemizden yazdi: “Qafqazda en…”

8 views30/11/2016

12:12

– xeber –
İtaliyanın “L’opinione” qəzetində jurnalist Domeniko Letisiyanın “Yüksək texnologiyalar dünyası Bakıda görüşür” (“Il mondo dell’hi-tech si incontra a Baku”) adlı məqaləsi dərc olunub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məqalə “Bakutel-2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransına həsr edilib.
Tədbirin müxtəlif sərgi, konfrans və görüşlərdən ibarət olduğunu bildirən jurnalist onu Qafqazın bu sektorda ən irimiqyaslı sərgisi adlandırır. Jurnalist tədbirə Azərbaycan, Türkiyə, İsrail, İtaliya da daxil olmaqla, bir sıra Avropa dövlətlərindən 200-dən çox şirkətin qatıldığını qeyd edir. Məqalədə Azərbaycan hökumətinin rabitə və yüksək texnologiyalar sahəsinə ayırdığı diqqət və qayğı barədə danışılır.
Domeniko Letisiya “Bakutel-2016”-nın təqdim etdiyi yeni layihələr arasında görmək qabiliyyətini itirmiş uşaqlar üçün audio kitabxana və muzey materiallarının rəqəmsal saxlanılması layihələrinin xüsusi maraq doğurduğunu yazır. Həmçinin, Azərbaycanda təşkil olunan çoxsaylı beynəlxalq sərgilərin Azərbaycan hökuməti ilə yanaşı BMT, Dünya Turizm Təşkilatı, Beynəlxalq Telekommunikasiya Birliyi kimi təşkilatlar tərəfindən də yaxından dəstəkləndiyini vurğulayır.
Sözügedən məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler