Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İsvecre mediasi Bakinin Avropaya xeyrinden yazdi

9 views21/11/2016

16:48

– xeber –
İsveçrənin gündəlik “Neue Zürcher Zeitung” qəzetində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən bəhs edən məqalə dərc olunub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Brüsselin noyabr ayının ortalarında Azərbaycanla yeni əməkdaşlıq müqaviləsinə dair danışıqlar apardığına toxunulan məqalədə Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik olduğu vurğulanır. Bildirilir ki, əməkdaşlığın mərkəzi sütununu “Cənub Qaz Dəhlizi” layihəsi təşkil edir.
Oxuculara bu dəhliz vasitəsilə Avropaya nəql ediləcək təbii qazın mənbəyi – “Şahdəniz-2” qaz yatağı barədə məlumat verilir. Qeyd edilir ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanın ən əhəmiyyətli iqtisadi layihəsidir. Bu layihə ölkəni daha güclü edir.
Yazıda Azərbaycan qazını Avropa bazarlarına çıxarmalı olan digər kəmərlər (TANAP, TAP) və onların iqtisadi rentabelliyi konkret faktlarla şərh olunur. Məqalənin yekununda bildirilir ki, iqtisadi rentabelliyi və nəql tutumu kifayət qədər güclü olan bu layihələr yaxın gələcəkdə “geniş dəhliz” ola bilər. Beləliklə, Azərbaycan Avropanın təbii qazla təminatında udanlar sırasında öz yerini alacaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler