Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İstefaya gonderildiyi deyilen general danisdi

19 views11/03/2016

21:44

23:40 – xeber – Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

O, Lent.az-a açıqlamasında deyib ki, bu xəbələr həqiqəti əks etdirmir.

Həsən Şirinov deyib ki, bütün günü işdə olub. O, istefası barədə xəbərlərin qərəzli şəkildə yayıldığını bəyan edib.

Qeyd edək ki, bəzi saytlarda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun yaşı ilə əlaqədar istefaya göndərildiyi barədə məlumatlar yayılıb.

Həsən Şirinov 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayon yol polisi bölmələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsinin rəisi, Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini vəzifələrində çalışıb.

1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib. Daha sonra isə Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə,  generallar müvafiq yaş həddinə çatdıqda onların iş qabiliyyəti, işi davam etdirmək arzusu, fiziki imkanları, səhhəti nəzərə alınır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler