Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İsraildeki mese yanginlarini bu teskilat toredib

10 views26/11/2016

08:24

– xeber –
İsraildəki meşə yanğınlarına görə məsuliyyəti üzərinə Fələstində Əl Qaidə terror təşkilatı ilə əlaqəsi olan qruplardan biri götürüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, meşə yanğınlarını törədən qrup özünü “Masadat əl Mücahəddin” kimi qələmə verib. Onlar yaydıqları bəyanatda bundan öncə 2010-cu ildə 40 nəfərin ölümünə səbəb olan meşə yanğınlarını da törətdiklərini qeyd ediblər:
“Bu bizim cihad üçün istifadə etdiyimiz silahdır. Yəhudilər gərək gəldikləri yerə geri dönsünlər. Onlara bizim aramızda yer yoxdur”.
Qeyd edək ki, son bir neçə gün ərzində meşə yanğınları İsraili bürüyüb. Nəticə artıq bir neçə rayonun sakinləri yaşadıqları ərazidən evakuasiya edilib. Bir sıra ölkələr İsrailə yardım göndəriblər. Azərbaycan da bu ölkələr arasında yer alıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler