Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İsgal olunmus erazilerimizle bagli muhum – Teklif

12 views29/11/2016

16:00

– xeber –
Bir neçə ay bundan əvvəl Avropa Məhkəməsində qəbul edilən “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərar Ermənistanın işğalı altındakı Laçından olan məcburi köçkünlərin şikayətini təmin edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımının daha geniş tanıdılması istiqamətində Milli Məclisdə Qüdrətli Azərbaycan Naminə İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə hazırladığı “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında bir sıra təkliflərlə çıxışı zamanı deyib.
“Xocalıdan olan məcburi köçkünlərin öz hüquqlarının müdafiəsi istiqamətində Avropa Məhkəməsində Ermənistana qarşı iddia qaldırmalarına dəstək olmalıyıq. Onların müraciəti ilə bağlı qəbul edilən hər bir qərar Xocalı soyqırımının gündəmə gəlməsinə imkan yarada bilər. Xocalı soyqırımının 25-ci ildönümündə üzvü olduğumuz İslam Konfransı Təşkilatı və TÜRKPA vasitəsilə bu məsələ ilə bağlı BMT-yə müraciət edilməlidir. Bu məsələnin dünyada daha geniş yayılması istiqamətində xarici müəlliflər tərəfindən Xocalı soyqırımı ilə bağlı yazılan kitabların, çəkilən sənədli filmlərin və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarına qoyulan abidələrin artması çox vacibdir”.
Q.Paşayeva MM-də Şəhidlər Xiyabanında Xocalı soyqımı ilə bağlı abidə qoyulmasını və işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini də təklif edib:
“Ölkəmizə gələn bütün xarici qonaqlar protokola uyğun olaraq mütləq Şəhidlər Xiyabanını ziyarət edir. Həmçinin gələn turistlər arasında da Şəhidlər Xiyabanını ziyarət edənlər az deyil. Ona görə də Şəhidlər Xiyabanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə və ya monument qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, xarici qonaqlar geniş məlumatlar alacaqlar”.
Millət vəkili işğal altında olan ərazilərimizlə bağlı qanunun qəbul olunmasının vacibliyini də vurğulayıb:
“Son illər Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa Azərbaycanın icazəsi qeyri-qanuni səfərlər olur. Bu yaxınlarda Fransa Parlamentinin iki deputatı Xankəndinə gedərək cinayətkar rejimin rəhbəri Bako Saakyanla görüşüb. Çox yaxşı olardı ki, Azərbaycan parlamenti bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlansın. Belə bir qanunun qəbulu Azərbaycanın maraqları baxımından çox əhəmiyyətli olardı. Bununla da biz hər kəsə Azərbaycanın onun icazəsi olmadan ərazilərimizə qanunsuz səfər etmiş şəxslərin heç zaman bağışlanmayacağı mesajını vermiş olarıq”.
Q.Paşayeva MM-də orqan transplantasiyası və ictimai yerlərdə siqaretin qadağan edilməsi haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasını da təklif edib:
“İctimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsinin sosial siyasət komitəsində hazır olduğunu deyən millət vəkili bu istiqamətdə həmkarları Fazil Mustafa və Gövhər Baxşəliyevanın təkliflərini dəstəkləməklə yanaşı, məsələnin həllini tapmasında Milli Məclisdəki kişi həmkarlarından daha çox dəstək gözlədiyini bildirib.
“18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışının qanunvericiliklə qadağan edilməsinə baxmayaraq, çox təəssüf ki, qanunun bu maddəsi yerinə yetirilmir və hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır. Bu məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəanın icrası öz həllini tapmalı və bununla bağlı məsuliyyət gücləndirilməlidir”.
Millət vəkili eyni zamanda, insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən bəzi müddəlarını qısa zamanda icraya çağırıb:
“Orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışlanması ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır. Bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanizm və prosedurları hazırlamalıdırlar. Əhali arasında bu istiqamətdə geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler