Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İrevanda ermeni toyuna geden Nazile danisdi – Video

19 views24/11/2016

09:16

– xeber –
Ermənistana həmkarınının toyuna getdiyi üçün qınaq obyektinə çevrilən azərbaycanlı stilist Nazilə Mehdiyeva missiya.az-a geniş müsahibə verib.
Müsahibəni təqdim edirik:
– Ermənistana toya getməyinizə görə azərbaycan mediasında tənqid olundunuz. Buna münasibətiniz necədir?
– Mənə çox pis təsir etdi. Mən vətənpərvər qızam. Həmişə Azərbaycanı dəstəkləmişəm. Sosial şəbəkədə də paylaşımlar edirəm. Bunu heç kim görmür, amma bir dəfə Ermənistana gedən kimi, “millətin düşməni” oldum.
– Siz İrəvana tez-tez gedirsiniz? Orada necə qarşılandınız?
– Orada ilk dəfə idim. Normal qarşıladılar.
– Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusuz?
– 3 il əvvəl.
– Ermənistana getməyinizi ailəniz necə qarşılayıb?
– Mənim ailəm çox adekvatdır.
– Sizin qohumlarızdan Qarabağ müharibəsində iştirak edən olub?
– Bəli, olub.
– Onların reaksiyası necə olub?
– Normal. İki tərəfin də anaları müharibədə oğullarını itirib. Qohumlarım mənə qarşı çıxmayıblar. Onlar buna pis baxmırlar.
– Evdə hansı dildə danışırsınız?
– Həm Azərbaycan, həm də rus.
– Əslən haralısınız?
– Valideyinlərim gürcüstandandır. Qardobani və Rustavi. Mənim ailəmdə hamı azərbaycanlıdır.
– Rusiya vətandaşlığını qəbul etmisiniz?
– Bəli.
– Siz erməni stilist Qoar Avetisyan ilə nə vaxtdan işləyirsiniz?
– Artıq 4 ildir onunla işləyirəm. Əvvəl heç kimlə işləməmişəm.
– Siz gələcəkdə erməniyə ərə gedə bilərsiniz?
– Xeyr, heç vaxt erməniyə ərə getmərəm. Başqa bir millətin nümayəndəsi ilə ailə həyatı qura bilmərəm.
– Azərbaycan şou-biznesində məşhurlardan tanışınız var? Ümumiyyətlə, kimə qulaq asırsınız?
– Mahnılarımız xoşuma gəlir. İnstaqram səhifəmdə hərdən paylaşıram. Özüm oxuyuram.
– Daha çox Üzeyir Mehdizadədən paylaşırsınız.
– Bəli. Üzeyir yaxşı oxuyur.
– Əlavə etmək istədiyiniz nə isə varmı?
– İstəyirəm ki, sülh olsun. Müharibəsiz dünyada yaşıyaq. Qarabağ müharibəsində dünyasını dəyişmiş insanlara Allah rəhmət etsin, oğullarını itirmiş anaların başı sağ olsun.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler