Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İraqdan turk seheri ile bagli qerar

15 views23/11/2016

22:00

– xeber –
Türkmanların yaşadığı Telafərə Haşdi Şabi deyil, polis və ordu qüvvələri daxil olacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi jurnalistlərə açıqlamasında deyib.
“Təhlükəsizlik qüvvələri Mosulun şimal və şərq istiqamətlərindəki əraziləri azad etməyə davam edir. Mosulun böyük hissəsi nəzarətimizdədir. Haşdi Şabi qruplaşması Sincarla Telafər arasındakı yolu kəsib. Mosul Suriya sərhədinə qədər bütün bölgələrdən mühasirəyə alınıb. Haşdi Şabi Telafərə qədər irəliləməyi bacarıb. Lakin həmin şəhəri polis və ordu qüvvələri İŞİD-dən alacaq. Telafər xalqının ən qısa zamanda evlərinə dönməsini istəyirəm”, – Abadi vuğulayıb.
Qeyd edək ki, Türkiyə rəsmiləri açıqlamalarında dəfələrlə şiə Haşdi Şabi qruplaşmasının türkman şəhəri Telafərə girməsinə icazə verməyəcəklərini bildirib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler