Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İranin 30-dan cox sirketi Bakidadir – Foto

0 views13/09/2017

12:17


[r32]
– xeber –
“Baku Expo” Beynəlxalq Sərgi Mərkəzində “Beynəlxalq Sənaye Sərgisi” (İnternational İndustry Exhibition) təşkil olunub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sərgi sentyabrın 13-dən 15-dək davam edəcək. Sərginin təşkilatçısı “İTF Group” Beynəlxalq Sərgi şirkətinin rəhbəri Həsən Mürtəcidir.
Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ölkənin qeyri-neft sənayesinin bütün sahələrinin inkişaf etdirilməsinə töhfə verməkdir.
Sərginin açılışında Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.
“Bu sərgi Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafına və onun şaxələndirilməsinə, ölkənin qeyri-neft sənayesinin bütün sahələrinin inkişaf etdirilməsinə, rəqabət qabiliyyətinin, ixrac potensialının yüksəldilməsinə və bu yolla ölkəmizin xarici ölkələrlə geniş miqyasda əməkdaşlığının qurulmasına yönəlmişdir. Bu günki sərgi sənayenin bir çox sahələrini özündə əks etdirir. Bu sərgidə İran İslam Respublikası, Rusiya, Türkiyə, Ukrayna, digər ölkələr təmsil olunur. İran İslam Respublikasının bu sərgiyə marağı böyükdür. 30-dan çox İran şirkəti buradadır. Bu da iki ölkə arasında son illərdə inkişaf edən siyasi əlaqələrin təzahürüdür. Keçən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70%-dən çox artmışdır. Eyni zamanda, İran və Azərbaycanda sənaye sahəsində də əməkdaşlıq genişlənir. Burada iki layihəni – Neftçala Sənaye Zonasında Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodununt tikintisi və Pirallahı Sənaye Parkında “Caspian Farmet” adlı əczaçılıq üzrə ixtisaslaşmış, iki olkənin müştərək müəssisəsinin qurulması üzrə Prezidentin sərəncamını xüsusi qeyd etmək istərdim. Bu sərgi Azərbaycanla müxtəlif xarici ölkələrin sənaye sahəsində əməkdaşlığına çox ciddi təkan verəcək, İqtisadiyyat Nazirliyi də bu əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Sonda bu sərgini təşkil edən hər kəsə öz təşəkkürümü bildirirəm”, – İqtisadiyyat nazirnin müavini Niyazi Səfərov çıxışında deyib.
Daha sonra İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə sərgi ilə bağlı təəssüratlarını bölüşüb.
“Azərbaycanla İran arasında ticarət əlaqələri yüksələn xəttlə inkişaf edir. Bu inkişaf göstərir ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün potensial var. Bu sərgi istər İran və Azərbaycan şirkətləri, istərsə də sərgidə iştirak edən digər dövlətlərin şirkətləri arasında əməkdaşlığa şərait yaradacaq”.
Sərgidə dünyanın 15 ölkəsindən müxtəlif senaye şirkətləri iştirak edir. İran İslam Respublikasının şirkətlərinin üstünlük təşkil etdiyi sərgidə Türkiyə, Gürcüstan, Dağıstan, Ukrayna, Rusiya və s. ölkələrin də nümayəndələri var. Beynəlxalq sərgidə sənayenin bütün sahələrinə (neft-qaz və kimya, energetika, kənd təsərrüfatı, dağ-mədən, tikinti və inşaat materialları, qida, polad istehsalı, yem istehsalı, kübrə istehsalı, mebel istehsalı, plastik qablaşdırma, çap sənayesi, kağız istehsalı və s.) aid məhsul və xidmətlər nümayiş olunub.
Azərbaycan şirkətlərindən ATEF, İran şirkətlərindən "TURANGDARYA SHIPPING LINE" yükdaşıma, "İran Khodra İndustrial Group" avtomobil şirketi, "Petrochemical İndustries" neft-kimya zavodu, Gürcüstan "Hualing Kutaısı Free İnsuatrial Zone" yükdaşıma şirketi, Türkiyənin “Madosan” rəflərin istehsalı ilə məşğul olan şirkəti və s. kimi böyük sənaye qurumları iştirak edir.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler