Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İranda xlordan 475 nefer zeherlendi

5 views13/08/2017

14:51


[r32]
– xeber –
İranın cənubunda yerləşən Dezful şəhərində anbarda xlor sızması nəticəsində 475 nəfər zəhərlənib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda “Assoşeyted Press” agentliyi məlumat yayıb.
Rəsmi İRNA xəbər agentliyindən verilən məlumata görə isə, hadisənin baş verdiyi anbar su təchizatı ilə məşğul olan şirkətə məxsusdur.
"Zəhərlənənlər paytaxt Tehranın 805 kilometr cənub-qərbindəki Dəcful şəhərindəki yerli xəstəxanalara aparılıb. Hazırda onlardan 45-i xəstəxanada saxlanılır. Qalanlarının vəziyyəti normal olduğu üçün evə buraxılıblar", – məlumatda qeyd olunur.
Qeyd edək ki, 250 min əhalisi olan Dezful neftlə zəngin olan Xuzistan vilayətində yerləşir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler