Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İranda qatarlar toqqusdu: 44 olu, 100 yarali – Video/Yenilendi

12 views25/11/2016

20:00

– xeber –
21:03
İranın Semnan əyalətinin Şahrud şəhərində Həftxan stansiyasının yaxınlığında iki sərnişin qatarı toqquşub.
APA xəbər verir ki, hadisə bu gün yerli vaxtla 7:40 radələrində baş verib.
Semnan-Məşhəd və Təbriz–Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 7 vaqonda yanğın baş verib, meyitlər də yandığından ölənlərin kimliyini müəyyənləşdirmək çətinləşib.
Yolların buz bağlaması yanğınsöndürənlər və xilasedicilərin hadisə yerinə vaxtında çatmasında əngəllər yaradıb. Yaralıların bəziləri helikopterlərlə xəstəxanalara çatdırılıb.
Bəzi xəbər qaynaqları isə ölənlərin sayının artıq 40 nəfərə çatdığını yazıb.
Qəzada xəsarət alanların sayının isə 100 nəfər olduğu bildirilir.
İranın Yol və şəhərsalma naziri Abbas Axundi Türkmənistana bu gün nəzərdə tutulan səfərini hadisə səbəbindən təxirə salıb və qəza yerinə yollanıb.
21:56
İranda sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler