Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"İran SSRİ-nin taleyini yasayacaq"

20 views18/02/2016

22:36

– xeber – İran rejimində dürüst və ölkəsinə bağlı insanlar çatışmır. İran İslam Respublikası SSRİ-nin taleyini yaşayacaq.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Korqozaran Sazendeqi Partiyasının idarə heyətinin üzvü Səid Leylaz ABŞ-ın Milli Xalq Radiosuna (NPR) açıqlamasında deyib.

 

O, İran rejiminin mövcud problemləri həll etməkdə aciz olduğunu söyləyib:

 

“İran rejimində dürüst və ölkəsinə bağlı şəxslər çatışmır. Demək istədiyiimi anlayırsınız? SSRİ-nin başına gələn də bu idi. İran İslam Respublikası SSRİ ilə eyni taleyi yaşayacaq”.

 

Leylaz İranda iqtisadi porblemlərlə bağlı bunları bildirib:

 

“İqtisadiyyatdakı problemlər sanksiyalardan deyil, yanlış idarəetmədən qaynaqlanır. Mən də bir çox iranlılar kimi dövlət qurumlarının ölkənin milyardlarla dollar neft gəlirini oğurladığını düşünürəm. Son 10 ildə 300- 400 milyard dollar yoxa çıxıb. Dövlət mən və mənim kimi təcrübəli şəxslərdən faydalanmalıdır”. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler