Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İran son olkedir: S-300-ler arxive gonderilir

28 views11/03/2016

10:00

11:56 – xeber – Rusiya İrana S-300 zenit raket qurğusunun sonuncu modifikasiyasını verəcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Vol Strit jurnal” qəzetinə müsahibəsində Rostex dövlət korporasiyasının rəhbəri Sergey Çemezov söyləyib. Onun sözlərinə görə, İran tərəfi Antey-2500 kompleksini almaqdan imtina edib:
 
“Onlar bizdən S-300PMU-1 modelini istədilər. Biz onlara Antey-2500-ü təklif etdik, amma onlar bundan imtina edib, inadla S-300-ləri istədiklərini söylədilər. Bu zaman biz razılıq verdik. Ümumiyyətlə, bu S-300-ün xaricə sonuncu satılan modeli olacaq. Böyük ehtimalla S-300 bir daha istehsal edilməyəcək”.
 
Qeyd edək ki, 2007-ci ildə İran Rusiya ilə 5 ədəd S-300 zenit raket kompleksinin alınması ilə bağlı müqavilə imzalayıb. Müqavilənin dəyəri 800 milyon dollar olub. Lakin 2010-cu ildə İrana qarşı tətbiq edilən BMT sanksiyaları Moskvanın İrana bu kompleksləri verməsində problemlər yaradıb. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler