Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İran qiricilari Turkiye ordusuna hucum edib?

15 views27/11/2016

09:28

– xeber –
Suriyada Türkiyə əsgərlərinə edilən hücumda İranın əli var.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə "Milliyyət" yazarı Sərpil Çevikcan çıxış edib.
Əsəd rejimi tərəfindən hücum edildiyini deyən Çevikcan burada İranın barmağının olması ehtimalının olduğunu qeyd edib.
Çevikcan hücumun İranın təsiri altında olan bir qrup tərəfindən edildiyini və əsas hədəfin Türkiyə-Rusiya münasibətlərini yenidən pozmaq, həmçinin Türkiyənin bölgədə irəliləməsinin qarşısını almaq olduğunu vurğulayıb.
Qeyd edək ki, 24 noyabrda "Fərat qalxanı" əməliyyatını aparan əsgərlərə havadan qırıcılarla hücum edilib. Ardıcıl edilən hücumlar Türkiyə təyyarələrinin olay yerinə gəlişindən sonra dayandırılıb. Hücum nəticəsində 3 Türkiyə əsgəri şəhid olub, 10-u yaralanıb. Olayın Rusiya təyyarəsinin vurulması tarixi ilə eyni günə düşdüyü üçün burada bəzi şübhəli məqamların olduğu iddia edilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler