Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"İrad tutsunlar da, men beleyem"

21 views28/11/2016

10:32

28 Noyabr 2016 12:29 – xeber –
Əməkdar artist Almaz Ələsgərli modelyer Rüfət İsmayılovun onun geyimi haqda dediyi tənqidi fikirlərə cavab verib. 
Axşam.az-ın məlumatına görə, modelyer müğənni haqda "Bədəninə uyğun olmayan libaslar geyinir" sözlərinə əhəmiyyət verməyib. 
A.Ələsgərli "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, qızlarının zövqü ilə geyinir:
"Mənə belə xoşdur. İrad tutsunlar da, mən beləyəm. İki gözəl balam var, onlar mənə məsləhət verirlər. Çox da zövqlüdürlər. Qızlarım nəyin yaraşıb, nəyin yaraşmadığını deyirlər. Mənə onların fikri vacibdir".
 
Müğənni artıq çəkidən xilas olmaq istəmədiyini də söyləyib:
"Bəzən deyirlər ki, bir az arıqla. Heç arıqlamaq da istəmirəm. Bundan sonra necə varamsa, elə də qalacam".
Xatırladaq ki, A.Ələsgərlinin Mədinə və Əminə adlı iki övladı var.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler