Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İpoteka krediti olanlara xeberdarliq – Video

33 views18/02/2016

20:24

22:20 – xeber – Azərbaycan İpoteka Fondu İpoteka krediti borcu olan müştərilərə xəbərdarlıq edib.
 
ANS xəbər verir ki, əgər müştərinin  həyat sığortasının vaxtı bitibsə və bu sığorta növü aktiv deyilsə, kredit alan vətəndaşın aylıq ödənişinin edilməsinə məhdudiyyət qoyulacaq. Qərar  bu il martın 1-dən qüvvəyə minəcək.
 
İpoteka kreditlərini ödəyən müştərilər sığortalarını ödəməyibsə, sığorta ödənişləri APUS sistemində çıxacaq və kreditin ödənişi mümkünsüz olacaq. İqtisadçıların fikrincə, atılan bu  addım  müştərilərə təsir etməklə yanaşı, həm də sığorta sahəsinə dəstək üçün nəzərdə tutulub.
 
İqtisadçı Nicat Hacızadə deyir ki, Dövlət İpotekası ilə ödəniş edənlərin müəyyən qisminin azalması müşahidə olunur. Bunu da nəzərə alıb müştəriləri psixoloji cəhətdən hazırlamaq istəyirlər ki, həyat sığortanız olmasa sizin ödənişiniz qəbul olunmayacaq və məhdudiyyətlər qoyulacaq.  
 
Azərbaycan İpoteka Fondunun şərtlərinə görə, ipoteka ilə alınmış  daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır. 
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler