Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İngiltere metbuati: “Rusiya Suriyani xilas etdi”

28 views27/02/2016

17:00

18:52 – xeber – İngiltərənin “İndependent” qəzeti Rusiya silahlarının Suriyada vəziyyəti kökündən dəyişdiyini yazıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, qəzet Moskvanın Əsədə aktiv dəstəyi sayəsində Qərbin atəşkəsə razı olduğunu deyib.
 
“Suriya ordusu son 5 ildə 60 mindən çox itki verdi. Amma Rusiyanın hərbi texnologiyası sayəsində itkilər əhəmiyyətli dərəcədə azaldı. Rusiyanın ötən il göndərdiyi T-90 tankları terrorçularla mübarizədə Əsəd ordusunun köməyinə çatdı”. 
 
Qəzet rejim qüvvələrinin son aylarda əldə etdikləri uğurlara görə Rusiya hərbçilərinə borclu olduğunu qeyd edib:
 
“Təkcə texnikanın Suriyaya göndərilməsi kifayət etmirdi. Bu texnikalardan istifadə etmək lazım idi. Rusiya hərbçiləri Əsəd qüvvələrinə hər şeyi öyrətdi. Suriya ordusu əvvəllər Palmiranı azad etmək istəyirdi. Amma rus mütəxəssislər əməliyyatlara ölkənin şimalında başlamağı məsləhət gördü. Məqsəd isə terror təşkilatlarına qaçaq yollarla qoşulan yaraqlıların qarşısını almaq idi”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler