Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İlin en boyuk heyreti ve ya Baki Trampdan ne gozleyir?

11 views23/11/2016

09:36

– xeber –
ABŞ seçkiləri: yeni dünyanın yeni reallıqları
ABŞ-da keçirilən prezident seçkisinin nəticələri dünya mediasında hələ də xüsusi intensivliklə təhlil edilməkdədir. Planetin beyin mərkəzləri respublikaçı milyarder, ənənəvi siyasətdən uzaq bir şəxsin Birləşmiş Ştatlar kimi fövqəldövlətin prezidenti seçilməsinin qlobal siyasətə mümkün təsirlərini proqnozlaşdırmağa çalışırlar.
Proqnozlar sırasında inteqrasiya prosesinin tədricən lokallaşma ilə əvəz olunacağı da yer alır. Bu isə faktiki, qloballaşma prosesinin sonu deməkdir. Bəşəriyyətin mədəniyyətlərarası dialoq, əməkdaşlıq formullarından imtina etməsi yeni geosiyasi mənzərənin formalaşacağına şübhə yeri qoymur. Donald Trampın bir qədər sensasion görünən qələbəsi dünya siyasətində birlik deyil, parçalanma ssenarisinin ön plana keçəcəyi şəklində dəyərləndirilir. Bir sıra mütəxəssislər hesab edirlər ki, Tramp fenomeni son illər Qərb siyasi mühitində özünü göstərən proseslərin birbaşa məntiqi nəticəsidir.
Müşahidələr göstərir ki, Avropada antiqlobalist, antimüsəlman, antimiqrant mövqeyində olan siyasətçilərin reytinqləri yüksəlir, şovinist, faşist, nasional-sosialist ideologiyasına xidmət edən partiyalar yaranır. Nəticədə, Avropa bununla daha çox ultramillətçi və radikal müstəviyə keçid edir. Həmin prosesi təsdiq edən faktlardan biri də məhz Qərbdə bu cür mövqedə olan siyasətçilərin seçkilərdə getdikcə daha çox səs qazanmasıdır.
Trampın uğur formulu…
Donald Trampın uğuru ilə bağlı fərqli analizlər verilir. Məsələn, qeyd olunur ki, neqativ rəqabət bugünkü Amerika mədəniyyətinin spesifik cəhətlərindəndir. Sonuncu seçki kampaniyası siyasi arenada ilk addımlarını atan şəxsin Birləşmiş Ştatlar kimi fövqəldövlətin prezidenti olmaq imkanı əldə etməsi ilə yadda qaldı. Trampın birinci olacağını kimsə proqnozlaşdırmasa da, bu şəxsdə xarizma və populizmin vəhdəti onun Klinton üzərində qələbə çalmasında həlledici rol oynadı.
İndi çoxlarını respublikaçı namizədin seçkiqabağı vədlərini hansı şəkildə həyata keçirəcəyi düşündürür. Razılaşaq ki, bu vədlərin heç də hamısı reallığa əsaslanmır. Tramp qeyri-leqal miqrantların ölkəyə axınını həddindən artıq azaldacağına söz vermişdi. Eyni zamanda, o, terror təhlükəsi olan dövlətlərdən Amerikaya köç etmək istəyənlərin də sayını kəskin azaldacağını bəyan etmişdi. Nəhayət, Tramp ölkənin cənub sərhədləri boyunca səddin çəkiləcəyini və bu səddin xərcini Meksika hökumətinin boynuna qoyacağını vəd etmişdi.
Şübhəsiz, bütün dünyanı ən çox maraqlandıran Donald Trampın beynəlxalq münasibətlər sistemində atacağı addımlardır. Bəzi mənbələr onun komandasında geostrateji və təhlükəsizlik məsələləri üzrə peşəkar siyasətçilərin olmadığını iddia edir. Trampın seçkiqabağı bəyanatlarının bir çoxunda avantürist yanaşmanın hiss olunmasının səbəblərindən biri də budur. Məsələn, respublikaçı milyarder bəyan etdi ki, ABŞ öz öhdəliklərini yerinə yetirməyən NATO-dakı müttəfiqinə hər hansı təhlükə olacağı halda dəstək verməyəcək. Bu, II Dünya müharibəsindən sonra müttəfiqinin müdafiəsi üçün şərt qoyan ilk ABŞ prezidentidir.
Bundan əlavə, ekstravaqant prezidentin Suriya böhranına baxışının da fərqli olduğu bildirilir. Belə ki, Tramp Bəşər Əsədi bu günə qədər ABŞ-ın dəstək verdiyi müxalifətdən daha az şər qüvvə hesab edir.
Beləliklə, siyasi araşdırma mərkəzləri Donald Trampın seçilməsi ilə bağlı Amerika siyasətində nə kimi dəyişikliklərin baş verəcəyi üzərində yekdil qənaətə gələ bilmir. Çünki respublikaçı namizədin siyasi mövqeyi çoxları üçün dumanlıdır. Xarici siyasət və Birləşmiş Ştatların iştirak etdiyi münaqişələr ətrafında hələ ki, aydınlıq yoxdur. Aydın olan bir şey var ki, Trampın qalibiyyəti ən heyrətamiz siyasi hadisə və əsl kataklizm kimi qiymətləndirilir.
Respublikaçı Trampın Birləşmiş Ştatların maraq dairəsinə düşən regionlarda həyata keçirəcəyi siyasətin ilkin ştrixləri ətrafında qeyri-müəyyən versiyalar səslənir. Əlbəttə, ABŞ kimi supergücün yüz illər ərzində mövcud olan əməkdaşlıq postulatlarını bir şəxsin ambisiyaları ucbatından tamamilə dəyişəcəyi inandırıcı görünmür, lakin xarici siyasi hədəflərdə bəzi korrektələrin aparılacağı istisna edilmir. Məsələn, Azərbaycan ictimaiyyəti Donald Trampın Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda cərəyan edən hadisələrə rasional baxış sərgiləyəcəyinə ümid edir. Milyarder namizədin ermənipərəst olmadığı və respublikaçıların hər zaman praqmatik siyasət yürütdüyünə diqqət çəkən mütəxəssislər bildirirlər ki, Ağ Evin regionumuzla bağlı pozitiv siyasəti Rusiya ilə nə dərəcədə əməkdaşlıq edəcəyindən asılı olacaq. Digər tərəfdən, Obamadan fərqli olaraq, Trampın Türkiyə ilə təmasları həqiqətən müttəfiq səviyyəsinə qaldırması Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın maraqlarına da tam cavab verəcək.

Tramp və Azərbaycan

ABŞ-ın yeni prezidentini təbrik edən Prezident İlham Əliyev təbrik məktubunda məhz bu faktorları nəzərə alaraq ölkələrimiz arasında səmərəli əməkdaşlığın prioritetlərini elan etdi. İki ölkənin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq etdiyini bildirən dövlət başçısı Ermənistanın işğalçılıq siyasətinə toxunaraq vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməli, münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Prezident Birləşmiş Ştatların Minsk Qrupunun həmsədri kimi yeni prezidentin rəhbərliyi altında bu problemin ədalətli həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Lakin Bakı-Vaşinqton əməkdaşlığı təkcə Qarabağ məsələsi ilə məhdudlaşmır. Bu gün ölkələrimiz regional və beynəlxalq proseslər üçün ciddi əhəmiyyət daşıyan bir sıra digər sahələrdə də faydalı münasibətlərə sahibdir.
Şübhəsiz, dövlətlərarası münasibətlərin inkişafında dövlət başçıları arasında mövcud olan şəxsi əlaqələrin də böyük əhəmiyyəti var. Prezident İlham Əliyevin Donald Tramp haqqında rəyi yaxın perspektivdə, yəni 2017-ci ildən etibarən Bakı-Vaşinqton əməkdaşlığının daha pozitiv məcrada inkişaf edəcəyindən xəbər verir. Bunu bu günlərdə Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edərkən Birləşmiş Ştatların yeni prezidenti barədə sualı cavablandıran ölkə rəhbərinin fikirlərindən də görmək olar:
“Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, Amerika xalqı Trampa böyük dəstək göstərdi, o, seçkilərdə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur. O, böyük hörmətə layiqdir. Ümid edirik ki, əvvəlki illərdə ABŞ ilə Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Hazırda iki dövlət arasında əməkdaşlıq üçün bir çox sahələr, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr mövcuddur”.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrimizin möhkəmləndirilməsi üçün böyük potensialın olduğunu Prezident İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş prezidentinə etdiyi telefon zəngində də ifadə etdi. Ümumiyyətlə, mütəxəssislər bu gün Azərbaycan və Birləşmiş Ştatlar arasındakı münasibətlərin bir çox istiqamətlər üzrə uğurla inkişaf etdiyini bəyan edirlər. Məsələn,
– Azərbaycan 2001-ci ildən etibarən ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının üzvüdür,
– Ölkəmizə məxsus hərbi batalyonlar Amerika hərbçiləri ilə birgə dünyanın bir sıra qaynar nöqtələrində sülhyaratma prosesinə cəlb olunublar,
– Bakı və Vaşinqton “Cənub qaz dəhlizi” də daxil olmaqla regional-enerji layihələrində birgə iştirak edir,
– İki dövlət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq müstəvidə əməkdaşlıq edir,
– Azərbaycan və ABŞ demokratiyanın inkişafı və insan hüquqları sahəsində birgə tədbirlər həyata keçirir və s.
Şübhəsiz, bugünkü narahat dünyada sabitlik və təhlükəsizlik sahələrində Amerika kimi fövqəldövlətin atacağı addımların ciddi təsiri olacaq. Ona görə də dünya birliyinin Donald Trampın yürüdəcəyi siyasətdən gözləntiləri böyükdür. Prezident Ağ Evin yeni sahibinin bu gözləntilərə adekvat addımlar atacağına ümidvar olduğunu və rəsmi Bakının belə məsələlərdə Birləşmiş Ştatlara hər zaman dəstək verəcəyini bəyan etməklə, əslində, Azərbaycan-ABŞ tərəfdaşlığının prioritetlərinə tam aydınlıq gətirmiş oldu.
Amerikasentrizm perspektivləri
Bəzi qənaətlərə görə, yeni prezident Birləşmiş Ştatların dünyadakı nüfuzunu bərpa etməklə yanaşı, ölkə daxilində səhiyyə, işsizlik, sığorta və digər sahələrdəki mövcud problemləri, habelə, miqrant məsələsini həll etməklə də məşğul olacaq. Amerikanın nüfuzunu qaldırmaq, diqqəti fövqəldövlətə yönəltmək və onun dünyadakı dominantlığını qəbul etdirmək Tramp administrasiyasının ölkədə diskriminasiya, irqi ayrı-seçkilik, millətçilik təhlükələrini aradan qaldırmaq üçün nə dərəcədə optimal proqram ortaya qoyacağından asılı olacaq. Xarici siyasət strategiyasında isə ilk sırada onun Barak Obama dönəmində Rusiya ilə kəskinləşən münasibətlərə hansı prizmadan yanaşacağı çoxları üçün maraq doğurur. Çünki beynəlxalq müstəvidə cərəyan edən mürəkkəb proseslərə məhz Moskva-Vaşinqton münasibətlərinin inkişaf istiqaməti fonunda aydınlıq gələ bilər. Qərb ölkələrində artmaqda olan islamafobiya, antiqlobalizm, nasionalizm hərəkatı ilə paralel olaraq populist siyasətçilərin önə çıxması dünya siyasətində ciddi kataklizmlərin baş vermə ehtimallarını artırır. Rusiya ilə sanksiyalar müharibəsinin davamı isə Suriya, Ukrayna, İraq, Qarabağ kimi münaqişə zonalarında hərbi əməliyyatların eskalasiyasına imkan yaratdığından, Donald Trampın siyasi konfrontasiyadan geri çəkilməsi mövcud böhranlı durumun qismən sabitləşmə ilə əvəzlənməsinə gətirib çıxaracaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler