Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İlhame Quliyeva Nadir Qafarzadeye ne deyib? (FOTO)

40 views27/02/2016

13:18

27 Fevral 2016 15:16 – xeber –
Müğənni Nadir Qafarzadə bir neçə gün öncə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın məzarını ziyarət etməyə gedib. Olkem.az-a açıqlama verən ifaçı bildirib ki, ölkədə olmadığına görə, mərhum sənətkarın dəfnində iştirak edə bilməyib:
"Şəxsi işlərimə görə ölkədən kənarda idim. Elə İlhamə xanımın da ölüm xəbərini Azərbaycandan kənarda eşitdim. Bu xəbər bir çox insanlar kimi mənə də çox pis təsir etdi. Hələ də özümə gələ bilmirəm. İlhamə xanımın ölümünə inana bilmirəm. Ölməmişdən bir neçə gün öncə mənə zəng elədi və dedi ki, qayıt gəl, səni evimizə qonaq edəcəm. Amma görünür, qismət deyilmiş. Evinə gedə bilməsəm də bu gün məzarına getdim, ona olan ürək sözlərimi də dedim. Söylədim ki, böyük sənətkar, məni bağışlayın ki, sizin dəfninizə gələ bilmədim… Yaxşı ki, məzarı önünə getdim və bir az da olsa mənən rahatlandım. Məzarı da özü kimi möhtəşəmdir. Allah o dünyasını versin, ruhu şad olsun". 
N.Qafarzadə onu da əlavə edib ki, İ.Quliyevanın ölümünə bəzi insanlar seviniblər: "Ölünün arxasınca pis danışmazlar. Amma bəziləri nədənsə öz ölümlərini düşünmürlər. Sosial şəbəkədə neqativ şərhlər yazırlar. Əlbəttə ki, cahillər İlhamə Quliyevanın necə gözəl insan olduğunu anlaya bilməzlər. Çox təəssüf edirəm ki, insan ölümünə sevinirlər. Allah həmin insanlara kömək olsun. Çünki o insanlar bədbəxtdirlər". 

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler