Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İlham Eliyev Rumen Radevle gorusdu – Foto

3 views13/10/2017

08:51


[r32]
– xeber –
2017.10.12 19:09
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev oktyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
***
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.
Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüb.
Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler