Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İlham Eliyev İvanici tebrik etdi

8 views24/11/2016

17:08

– xeber –
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Mladen İvaniçə təbrik məktubu göndərib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı əlaqələrin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler