Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İlham Eliyev bu olke liderlerini tebrik etdi

11 views26/11/2016

16:44

– xeber –
Prezident İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram”.
***
İlham Əliyev Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Buyar Nişaniyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler