Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İlginc: Nariskin Serkisyanla rus bazasinda gorusdu

19 views12/03/2016

10:08

12:03 – xeber – Rusiya Dumasının spikeri Sergey Narışkin Ermənistana səfər edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
 
Səfər çərçivəsində Narışkin Ermənistan Prezidenti Serj Sərkisyanla Erebuni hərbi aerodromunda görüşüb. Bundan sonra hər iki siyasətçi rus pilotlarının uçuşlarını izləyiblər. Sərkisyan və Narışkinə həmçinin Erebunidəki hərbi helikopterkər və təyyarələr də nümayiş etdirilib.
 
Qeyd edək ki, Narışkinin rəhbərliyi ilə Rusiya nümayəndə heyətinin İrəvana səfəri dünən baş tutub. Səfərdə əsas məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclasında iştirakdır.
 
Sərkisyan bir neçə gün öncə Rusiyaya səfər edib, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
 
Erebuni hərbi aerodromu İrəvan yaxınlığında yerləşir. Bu aerodrom birbaşa Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına tabedir. Aerodrom 1995-ci ildən Rusiyanın ixtiyarındadır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler