Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

İlde 500 min adam olduren qrip

24 views12/03/2016

07:48

09:42 – xeber – Hazırda qrip mövsümi olduğu üçün bu dövrlərdə hamilə xanımlar əhalinin sıx olduğu qapalı məkanlardan uzaq olmalıdırlar. Tərkibində C vitamini bol olan meyvə və tərəvəzlərdən istifadə və  günlük ən azı 10 stəkan maye qəbul edilməlidir.
 
Bu sözləri Axar.az-a mama-ginekoloq Nərmin Qəribova yazqabağı hamilə qadınların qripə yoluxma risklərindən danışarkən deyib.
 
Onun sözlərinə görə, xüsusi ilə ağır qrip epizodları olan dövrlərdə hamilə qalmağı planlayan və hamiləliyin ilk üç ayını tamamlamış xanımlar qripə qarşı peyvənd olunmalıdırlar:
 
Əgər hamilə qadın qripə yoluxubsa, halsızlıq, yorğunluq, burun-boğaz ağrıları, temperatur, əzələ ağrıları ola bilər. Düşünülənin əksinə qripin anadan dölə yoluxması və hamiləlik dövründə hansısa fəsad törənməsi gözlənilən hal deyil. Ancaq anada temperatur 38 dərəcədən artıqdırsa,  şiddətli öskürək (ağciyərlərin prosesə qoşulması) hamiləliyin gedişatına problemlər yarada bilər.
 
Əgər hamilə qadında temperatur 38.5 dərəcədən enməzsə və bu proses bir neçə gün davam edərsə, mütləq şəkildə həkimə müraciət edilməlidir.
 
Müalicədə əsas şərt bunlardır:
 
İstirahət edilməli, bol maye qəbul etməli, burun tıxanması zamanı duzlu su və ya dəniz suyu gün ərzində bir neçə dəfə istifadə edilməli. Müalicə prosesində antibiotikə ehtiyac yoxdur.
 
Qeyd edək ki, qrip bütün dünyada mövsümi epidemiya şəklində yayılır və hər il orta hesabla 250.000 ilə 500.000 nəfər arasında insanın ölümünə səbəb olur.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler