Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Hikmet Haciyev BDU-da muhazire oxudu – Foto

14 views21/11/2016

16:28

– xeber –
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində olub.
BDU-dan Axar.az-a bildiriblər ki, jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilə görüşün əhəmiyyətini qeyd edib.
H.Hacıyev jurnalistika fakültəsinin ingilis dili qruplarının tələbələrinə təmsil etdiyi qurumun informasiya siyasəti ilə bağlı ingilis dilində mühazirə oxuyub.
Mühazirəçi ölkə daxilində və xaricində baş verən hadisələrə jurnalistlərin təsiri, jurnalist-mətbuat xidmətləri münasibətlərinin tənzimlənməsi, ekstremal vəziyyətlərdə online media resursları ilə iş və s. barədə danışıb.
Sonra müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler