Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Hesen Memmedov evden cehizi nece ogurladi?.. – Video

12 views22/11/2016

13:00

– xeber –
Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Həsən Məmmədovun doğum günüdür.
Axar.az xatırladır ki, Həsən Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960-1961) işləyib.
H.Məmmədov 50-dən çox filmdə çəkilib. O, "Azərbaycanfilm"də istehsal olunmuş “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad) və digər filmlərində aparıcı rollar oynayıb.
Xalq artisti Rafiq Əzimov dostu, eyni zamanda tələbə yoldaşı olan Həsən Məmmədov haqda xatirələrini Modern.az-la bölüşərkən deyib:
“Həsən Məmmədov tələbəlik vaxtı Poluxin küçəsində tək özü kirayədə yaşayırdı. O evdə çox olmuşam. Hərdənbir Salyandan Həsənin anası gələrdi. Sonrakı illər isə böyük qardaşı evləndi, o da gəldi bir müddət Həsənlə yaşadı.
Həsən Məmmədov xaraktercə qaynayıb-qarışan deyildi. Sadəlövh idi. Tələbə yoldaşlarımızdan Tofiq İsmayılovun ad günü idi. Biz də bir on nəfərə kimi daha mehriban idik, mütləq ad gününə gedib Tofiqi təbrik etməliydik. Razılaşdıq, danışdığımız vaxtda bir dəstə uşaq Tofiqgilin evinə gəlmişik. Tələbəyik də, hərəmiz yüngülvari hədiyyə almışıq. Ailəsi, qohumları bizim üçün də yer saxlayıblar, hamımız əyləşmişik, Həsən yoxdu, vaxt keçir, Həsən yoxdu. Fikirləşirik ki, yekə kişidi, bu niyə belə etdi. Artıq süfrə açıldı, yemək-içmək başladı, sağlıqlar deyildi, bir də gördük qapı döyüldü. Həsən gəldi, əlində də qəzetə sarılmış bir dənə hədiyyə paketi tutub. İndi hamımız düşmüşük bunun üstünə ki, “hardasan, yekə kişisən, danışmışıq axı”.
“Neynim, hədiyyə üçün hər yeri axtardım, tapa bilmədim, evdə bir dənə şüşə var idi, onu götürüb gəldim”. Həsən şüşəni açdı, gördük, bir dənə yekə büllur vazadır. O vaxt büllur vazanı tapmaq hər adamın işi deyildi. Xaricdən gətirir, od qiymətinə satırdılar. Sən demə, bu, Həsənin qardaşı arvadının cehizidir, onu vurub qoltuğuna gəlib. Tofiqgilin də bir dənə köhnə pianoları vardı. Vazanı pianonun üstünə qoyublar. Biz heç nə yemirik, Həsən də oturub. Elə bil ki, belə də lazımdır. Hamımızın gözü vazadadır, Tofiq İsmayılov, onun atası, anası-hamısı vazaya baxır. Yedik, içdik, təbrik etdik, sağollaşdıq. Çölə çıxanda soruşdum:
– Həsən, o nədir elə?
– Nədi, pisdir?
– Yox ee, tələbə adamsan.
– Nə bilim, heç nə tapmadım.
Səhər instituta gəldik. Həsən mənimlə lap məhrəmdi deyə, yavaşca dedi ki, “evdə qırğındır”. Soruşdum “nə olub?”. Dedi “qardaşım gəlib, arvad düşüb onun üstünə ki, evə oğru gəlib, vaza yoxdur”.
Həsən o vazanı adi bir şey bilib. Evə gəlib, qardaşı Həsənin üstünə düşüb ki, necə sənin xəbərin yoxdu, bəlkə sınıb? Həsən də deyib “dostumun ad günüydü, ona apardım”. Qardaşı hirslənib: “Sən dəlisən-nəsən, necə yəni dostumun ad günüydü, o cehizdi, onun nə qədər qiyməti var”.
Bunun abrını büküblər ətəyinə, dərsə pərt gəlib. Amma hədiyyəni qaytarmazlar, elə şey olar?
Dedim “ay Həsən, nətər gedib deyək Tofiq, sənə hədiyyə gətirmişik, onu qaytar”.
– İndi mən neyləyim?
Tofiq də məsələni bildi. Axırda haçandan-haçana Tofiq vazanı gətirdi. Hədiyyəni Həsənə verdi ki, ala, apar, qoy yerinə, ayıbdı”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler