Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Herbi senzura KİV-e nece tetbiq olunacaq – Qanun

17 views10/11/2016

09:56

11:51 – xeber – Azərbaycanda ehtiyac yarandıqda hərbi senzuranın tətbiq edilməsi təklif edilib və hərbi senzuranın nədən ibarət olması açıqlanıb.
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanunun 1.0.3 maddəsində əksini tapıb.
 
Maddədə bildirilir ki, ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi senzura tətbiq edilir. Hərbi senzura – kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışma, televiziya və radio yayımına, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsindən ibarətdir.
 
Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler