Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Hekimin oldurduyu qizin defni niye gecikdi?

3 views07/12/2017

12:34


[r32]
– xeber –
"Grand Hospital”da həkim səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından komaya düşən və 5 gün sonra dünyasını dəyişən 20 yaşlı Ayşən Mirzəyevanın meyiti prokurorluq tərəfindən ailəsinə təhvil verilib. Mərhum artıq dəfn edilib.
Bu barədə Axar.az-a həkim səhlənkarlığının qurbanı olan A.Mirzəyevanın qardaşı məlumat verib. O bildirib ki, prokurorluqdan meyitin ekspertizası üçün dəfnin gecikdirilməsi xahişinə əməl ediblər və ekspertizadan sonra dəfn gerçəkləşib.
O, həmçinin, bacısının 5 dəfə əməliyyat olunduğunu da xatırladıb:
“İki dəfə İranda, iki dəfə də bizim ölkədə əməliyyat olunub. Bu, sayca 5-ci əməliyyat idi. Həkim bizə bildirmişdi ki, bu fərqli metoddur. Bizə riskli olduğunu deməmişdi. Bizinci anjuda damar müəyyən olunmuşdu, həmin damarı bağlamalı idi. Bağlayan zaman həmin maddə ki var, o beyinə gedib. Bu da komaya düşməsinə və ölümə səbəb olub”.
Mərhum A.Mirzəyevanın qardaşı bildirib ki, ölümə səbəb olan həkim invaziv radioloq İlqar Hüseynov bu əməliyyatı bundan öncə ayaqda və başqa orqanlarda aparıb. Gözdə isə belə əməliyyatı ilk dəfə edirmiş:
“Problem gözdə olduğu üçün bacımı göz həkimləri əməliyyat edirdi. “Grand Hospital”da isə bizə fərqli metod dedilər. Razılaşdıq. Sonra məlum oldu ki, bunun gözlə əlaqəsi yoxdur. Damar həkimi tapmaq lazım idi, bizə də bu həkimi məsləhət gördülər. Həkim bizə əvvəlcə bildirdi ki, bir neçə dəfə belə əməliyyatlar həyata keçirib. Sonradan bizə məlum oldu ki, o həkim bu əməliyyatı gözaltında deyil, ayaqda və başqa orqanlarda aparıb. Gözdə isə ilk dəfəymiş bu cür əməliyyat aparırmış, nəticə də belə olub”.
"Grand Hospital” xəstəxanasından isə ölümə səbəb olan və qaçdığı deyilən həkim İlqar Hüseynov haqqında bildirilib ki, o, heç yerə qaçmayıb, işinin başındadır.
Xatırladaq ki, noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınan və 5 gün komada qaldıqdan sonra dünyasını dəyişən Ayşən Mirzəyevanın ölüm faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler