Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Halsizliq, sumuk agrilarinin sebebi

28 views07/11/2016

23:56

01:49 – xeber – Gənclik dövründə D vitamininin çatışmazlığı ciddi hiss edilməsə də, yaşlandıqca yorğunluq, əzələ və sümük ağrıları ilə özünü göstərir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu vitaminin çatışmazlığı xərçəng, ürək çatışmazlığı və təzyiqə yol aça bilər. Müasir dövrümüzdə bir çox insanın yorğunluq, stress, əzələ və sümük ağrılarının səbəbi təəssüf ki, tapılmır. Ancaq D vitamininin çatışmazlığı da bu problemlərin əmələ gəlməsinə səbəb ola bilər.
 
D vitamininin çatışmazlığı insanda 200-dən çox genə təsir edir. Narahatlıq, yaşlandıqca və D vitamininin çatışmazlığı artıqca əzələlərdə gücsüzlük, tez yorulma, gecələr halsızlıq, bədənin hər tərəfindən ağrılar özünü göstərməyə başlayır.
 
Qandakı D vitamininin səviyyəsi ilə 65 yaşdan yuxarı insanlarda ölüm hallarının arasındakı əlaqə araşdırılıb. Araşdırma nəticəsində D vitamininin çatışmazlığının yaş artıqca ürək xəstəliklərində ölüm riskini artırdığı məlum olub. Yeniyetməlik dövründə kifayət qədər D vitamini ilə təmin olunmayan gənclərdə yüksək təzyiq, şəkər xəstəliyinə tutulmaq riski 2 dəfə, ürək-damar xəstəliklərinə gətirib çıxaran metabolik sindromuna tutulma riski isə 4 dəfə çoxdur. Kürək ağrısı problemi ilə üz-üzə qalanların əksəriyyətində D vitamini çatışmazlığı müşahidə olunur.
 
D vitamininin əsas qaynaqlarından biri Günəşdir. Lakin Günəşdən başqa bəzi qidalardan da D vitamini əldə edə bilərik. Balıq yağı, süd və süd məhsulları, morina balığı yağı, qızıl balıq, ton balığı, kərə yağı kimi qidalarda D vitamini var.
 
Qeyd etmək lazımdır ki, saat 10:00-15:00 arası gün ərzində 10 dəqiqə Günəş qəbul eləmək çox faydalıdır.
 
D vitamini əskikliyi körpələrdə zehni və fiziki geriliyə, uşaqlarda boy qısalığına və zəhərlənməyə belə səbəb ola bilər. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler