Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Hakim Qriqorcuku yene qovdu

12 views06/11/2016

13:04

14:57 – xeber – Hazırda davam edən Topaz Premyer Liqanın AZAL – “Qəbələ” matçında meydan sahiblərinin futbolçusu Kamal Mirzəyev rəqib oyunçu Filip Ozobiçə qarşı kobudluq edib.
 
Qol.az-ın xəbərinə görə, top uğrunda mübarizə zamanı 11-ci dəqiqədə baş verən bu hadisədən sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk hakim İnqilab Məmmədovdan K.Mirzəyevə qırmızı vərəqə verməsini tələb edib. Lakin referi sarı vərəqə göstərməklə kifayətlənib. Bu isə ukraynalı mütəxəssisin narazılığına səbəb olub.
 
İki dəqiqə sonra – 14-cü dəqiqədə isə Qriqorçukun qeyri-etik ifadələr işlətməsi səbəbindən baş hakim məşqçini tribunaya göndərib.
 
Qeyd edək ki, R.Qriqorçuk bu həftə artıq ikinci dəfədir eyni cəzaya məruz qalır. Bundan öncə Avroliqada “Sent-Etyen”lə Bakıdakı matçda da ukraynalı mütəxəssis tribunaya göndərilmişdi.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler