Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Hadi muellim, daha bele danismayin

24 views09/11/2016

20:36

22:31 – xeber – Hadi müəllim hər zaman medianın gündəmində olan deputatdır. Ağzından çıxan sözü onu hər zaman mərkəz nöqtədə saxlayıb. Amma əfsuslar ki, Hadi müəllimin dediyi söz elə söz olub ki, hec vaxt boğazdan keçməyib. Çünki söz xatirinə danışmaq da xoş nəticə vermir çox zaman.
 
Deputat hələ bir müddət əvvəl “müəllimlər maaşla dolana bilmirsə, gedib, daş hörüb, fəhləlik etsinlər” deməklə hər kəsin qınağına tuş gəlmişdi. Ara təzəcə sakitləşmək istəyirdi ki, indi də Qarabağ əlillərinin, o cümlədən hər kəsin qınaq hədəfi oldu. Hadı müəllimin dediyi “Qarabağ əlillərinə dərman, nəqliyyat niyə pulsuz olmalıdır” kəlməsi hamını özündən çıxardı. Sağlamlığını sizin, bizim yolumuzda qurban vermiş minlərlə Qarabağ əlilinin, onların yaxınlarının heysiyyatı ilə oynamaq nədir? Məgər Hadı müəllimin dünyanın hər yerində müharibə əlilinə qoyulan hörmətdən xəbəri yoxdurmu? Yoxdursa, bu bir minusdur.
 
Uzağa getməyəcəm. Qonşu Türkiyədə millətin vəkili adlandırılan şəxs Hadı müəllim kimi “niyə” sualını verib kimsəni özündən çıxarmır. Türkiyədə savaş əlilləri, onların ailələri ölkədaxili bütün nəqliyyat vasitələrindən pulsuz istifadə edir; xəstəxanalarda həm özləri, həm də ailə üzvləri pulsuz müalicə alır, pulsuz dərmanlarla təmin olunurlar. Onların təhsili, kredit güzəştlərini demirəm hələ.
 
Yenə də fikirləşirəm ki, bəlkə Hadı müəllimin fikirləri kontekstdən çıxarılıb, ya da düzgün anlaşılmayıb. Məncə, Hadı müəllim demək istəyib ki, nəqliyyat, aptek özəl olduğundan, Qarabağ əlilinin müavinəti artırılsa, daha məqsədəuyğun olar. Məsələn, Bakı şəhərində yaşayan Qarabağ əlilinə nəqliyyatdan güzəşt şamil edilir, amma Gədəbəydə Qarabağ əlili nəqliyyatdan istifadə edə bilmir. Mən də o fikirlə razılaşardım ki, nəqliyyat və dərman güzəştinin əvəzinə onların müavinəti artırılsa, daha ədalətli olardı.
 
Hadı müəllim yəqin Qarabağ əlillərinə müavinətin artırılması yönündə düşünüb. Çünki “Hadı” adının mənası “yardım edən” deməkdir. Hadı müəllimin də adına uyğun fikirləşdiyinə inanmaq istəyirəm. Onun bu çağında dediyi sözlərə görə yüksək kürsülərdən danlanmasına inanmaq istəmirəm.
 
Bir də ki, müharibə vəziyyətində olan bir ölkənin qanunverici orqanının nümayəndəsinin indiki halda hər kəlməsinə fikir verib qıcıq yaratmaması gərəkdir. Axı haqlarında “olmaz” dediyi o insanlar hamımız kimi, Hadı Rəcəblinin də bugünü üçün sağlamlıqlarını itiriblər. Onlar torpaq uğrunda savaşa atılanda seçdikləri vəkillərin onların vəkili olmayacağını ağıllarının ucundan belə keçirməyiblər. Düşmən üzərinə “Haydı, irəli” deyib gedəndə Hadı müəllimin firavan ölkədə yaşamasını arzulayıblar. Onlar kişi kimi savaşıb Qarabağ əlili statusunu qazanmayıblar ki, bu gün deputatdan qulaqları ad və əməllərinə yaraşmayan söz eşitsin…
 
Odur ki, Hadı müəllim, əsgər yarasını qoparan söz deməyin!

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler