Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Haci ermenini bele darmadagin etdi – Video

36 views11/03/2016

13:16

15:13 – xeber – Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa Çempionatında idmançımız Hacı Əliyev bürünc medal qazanıb.
 
Azərbaycan Güləş Federasiyasından Axar.az-a verilən məlumata görə, 61 kq-da mübarizə aparan ikiqat dünya çempionu Hacı Əliyev rəqiblərinə bir xal belə vermədən əvvəlcə Litvadan Sarinas Jurcisi, ardınca Bolqarıstandan Vladimir Dubovu mübarizədən kənarlaşdırıb.
 
Yarımfinalda London Olimpiadasının gümüş medalçısı gürcü Vladimir Xinçeqaşvili ilə gərgin keçən görüşdə rəqib üstün olub.
 
Hacı Əliyev Ermənistan təmsilçisi Valodya Franqulyanla bürünc medal uğrunda həlledici görüşə çıxıb. Qarşılaşmada rəqibinə bir xal belə vermədən üstün olan güləşçimiz Avropa Çempionatının bürünc medalına sahib olub. 
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler