Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gunel Turkiyeye geden mugennilerimizi "ugursuz" adlandirdi (FOTO)

14 views10/11/2016

11:16

10 Noyabr 2016 13:11 – xeber –
Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova "Solo+" verilişinin qonağı olub. 
Axşam.az-ın məlumatına görə, proqrama qardaşı Tunar Rəhmanoğlu ilə birlikdə qatılan ifaçı aparıcı Murad Arifin suallarını cavablandırıb. O, yerli məşhurların Türkiyə şou-biznesindəki fəaliyyətindən danışıb.
G.Zeynalova həmkarlarının qardaş ölkədə "tutuzdurmaq" cəhdini uğursuz adlandırıb:
"Heç birində alınmır… Cem Yılmaz filmində İradə İbrahimovanın "Neyləyək" mahnısından istifadə etdi. Əgər İradə Vaqif Gərayzadənin bu mahnısını orada çıxarsaydı, səs-küy yaradardı. Çünki Cem Yılmaz, həqiqətən də, sanballı addır. Onun reklam etdiyi "Neyləyək" mahnısı türklərin marağını çəkmişdi. Təəssüf ki, İradə bu mahnını Türkiyədə çıxarmaq barəsində Vaqif müəllimlə razılığa gələ bilmədi. Bu bəstə tutardı… Orada tanınmaq üçün ifaçıların etdiyi digər cəhdləri isə uğurlu hesab etmirəm".

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler