Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gulnarenin saxta fotolari yayildi –

16 views22/11/2016

15:24

– xeber –
Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölüm xəbərinin yayılması ilə sosial şəbəkədə ona məxsus profildən paylaşımların sayı artıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, “Gülnarəni göstərin” kampaniyasına cavab olaraq yayılan son fotolar isə sosial şəbəkə istifadəçilərinin səbrini daşırıb. Belə ki, Gülnarə Kərimovanın rəsmi Tvitter hesabından yayılan yeni fotoların hamısının, əslində, 2013-cü ilin fevralı ilə 2014-cü il arası lentə alındığı, hətta elə Gülnarə Kərimovanın özü tərəfindən vaxtilə sosial şəbəkələrdə paylaşıldığı aşkara çıxıb.
Yayılan son fotoda isə Gülnarənin əlində olan telefonun ekranının görüntüsü fotomontaj köməkliyi ilə dəyişdirilib. Bu isə haqlı narazılıq doğurub və kəskin tənqidlərə tuş gəlib.
Xatırladaq ki, G.Kərimovanın noyabrın 5-də zəhərlənərək öldürüldüyü, hətta Daşkənddəki Minor qəbiristanlığında dəfn edildiyi bildirilir. İddialarla bağlı rəsmi məlumat verilməyib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler